Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

CDMA simsiz telefon şəbəkəsinin yeni baza stansiyaları istifadəyə verilib


“Aztelekom” İstehsalat  Birliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Sumqayıt şəhərində, Abşeron  rayonunun  Hökməli  qəsəbəsində, Füzuli  rayonunun Böyük Bəhmənli  yaşayış məntəqəsində və Qazax  rayonunun mərkəzində  CDMA  simsiz  telefon  şəbəkəsinin  yeni  baza  stansiyaları quraşdırılıb.  

 Birliyin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev “ICTnews” elektron xəbər xidmətinə bildirib ki, bu ərazilər    şəbəkənin əhatə  dairəsinə daxil  edilib.  Qeyd edək ki, “Aztelekom”İB-nin CDMA tipli simsiz telefon abunəçilərinin sayı 20 mindən çoxdur.







RƏVAN





19/07/12    Çap et