Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gözlərin hərəkəti ilə idarə olunan fərdi kompyuter yaradılıb (VİDEO)


London İmperiya Kollecində çalışan mühəndislər qrupu kompyuteri gözlərin hərəkətilə idarə etməyə imkan verən orijinal qurğu yaradıblar. Qurğunun qiyməti 30 dollar təşkil edir.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən  bildirir ki, yeni qurğu iki əsas komponentdən (oyun konsolundan hər birinin qiyməti 10 dollardan aşağı olan iki videokamera) ibarətdir. Onlar adi eynəyə bərkidilir və gözlərin hərəkətini izləyir.

Videosiqnal kompyuterə "Wi-Fi" və ya "USB" vasitəsilə ötürülür və xüsusi proqram siqnalı ekranda kursorun hərəkətinə çevirir. Avadanlıq cəmisi 1 Vatt enerji sərf edir.

Yeni qurğu yalnız kompyuteri idarə etmə prosesi və videooyun sənayesini inqilabiləşdirməyə deyil, həm də əlillərə kompyuterdə işləməkdə yardımçı olacaq.
Yeni qurğu ucuz seriyalı kameralardan istifadə edir və qiyməti analoqlarından 800 dəfə ucuzdur.
 


 
EMİL





20/07/12    Çap et