Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” “Sparrow” şirkətini satın alır


“Google” şirkəti “Apple Mac” və “iOS” üçün populyar “Sparrow” adlı poçt müştərisi istehsal edən şirkəti satın alır. “Sparrow”-nun tərtibatçılar və menecerlər komandası “Google Gmail” komandasına qoşulacaq. Saziş barədə “Sparrow” şirkətinin direktoru Dom Leka “Twitter” lentində elan edib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, onun sözlərinə görə, şirkət “Sparrow” poçt  müştərisini əvvəlki kimi təklif etməyə davam edəcək. Lakin şirkətin direktoru “Sparrow” poçt müştərisinin nə vaxtadək hazırki vəziyyətdə olması haqqında bildirməyib.Sazişin məbləği haqqında hələ ki məlumat yoxdur.





 
EMİL





21/07/12    Çap et