Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Linux” üçün “Flash player”


“Adobe” şirkəti AİR proqram təminatının “Linux” versiyasını hazırlamasından imtinadan sonra açıq əməliyyat sistemi istifadəçilərini sevindirib. “Adobe” dünən 64 bitlik əməliyyat sistemi üçün “Flash player”in “Linux” versiyasını çıxarıb. “Linux” üçün 64 bitlik “Flash Player”in olması haqqında danışıqlar hələ 2007-ci ildən aparılır. O zamanlar 64 bitlik “Linux” distrübütivlər çıxmağa başladı və istifadəçilər bu əməliyyat sistemində “Flash player” yoxluğu problemi ilə rastlaşdılar.
2010-cu ildə “Adobe Labs” 64 bitlik “Linux” üçün “Flash player”in eksperimental versiyasını təqdim edib. İndi “Adobe” şirkəti bildirib ki, çıxarılmış “Flash player” 11-in 64 bitlik versiyası – bu, sənaye istifadəsi üçün tövsiyə olunan istehsal versiyasıdır. Həmçinin şirkət bildirib ki, gələcəkdə “Linux” versiya “Mac” və “Windows” əməliyyat sistemləri ilə bərabər səviyyədə dəstəklənəcək, onun üçün də “patch”lar adi rejimdə buraxılacaqlar.




14/07/11    Çap et