Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yeni çağırışlar: müasir şəraitdə elmi innovativ tədqiqat işlərinin təcrübi və tətbiqi əsasları” adlı gənc alimlərin elmi konfransı keçirilir


Bu gün  Bakı şəhəri Novxanı qəsəbəsi Olimpik idman və istirahət kompleksində "Gənc Alimlərin II Respublika İnnovativ İdeya Yarmarkası" çərçivəsində "Yeni çağırışlar: müasir şəraitdə elmi innovativ tədqiqat işlərinin təcrübi və tətbiqi əsasları" adlı gənc alimlərin elmi konfransı keçirilir. Tədbir iyul ayın 27-nə qədər öz işini davam etdirəcək.  
 
Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin 1-ci müsabiqəsi üzrə qalib olmuş qrant layihəsi çərçivəsində və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə-təşkilatı dəstəyi ilə keçirilir.





25/07/12    Çap et