Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sosial media resurslarından əldə olunan gəlirlər artır


“Gartner” analitik şirkətinin hesablamasına görə, 2011-ci ildə sosial şəbəkə, bloq, forum və sosial istiqamətli digər onlayn media resurslar ümumilikdə 11,8 milyard dollar qazanıblar.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, proqnozlara görə, 2012-ci ildə müvafiq seqmentdə gəlir 16,9 milyard dollar təşkil edə bilər. Əgər bu proqnoz düz olsa, artım 43,1 faiz təşkil edəcək.

Əsas gəlir mənbəyi reklamdır: 2012-ci ildə reklamdan 8,8 milyard dollar əldə olunacaq. Sosial media resurslarının digər əsas gəlir mənbəyi oyunlardır.

Sosial xidmətlərdə istifadəçilərin sayının orta templərlə artmağa davam edəcəyi qeyd edilir. “Gartner” şirkətinin proqnozuna görə,  bazarda rəqabətin artması mobil qurğular üçün nəzərdə tutulmuş yeni sosial veb-xidmətlərin yaranmasına gətirib çıxaracaq.
 
EMİL
 





26/07/12    Çap et