Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell” yeni kampaniyaya start verib


Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti Ramazan ayı münasibətilə yeni kampaniyaya başlayıb. Belə ki, CİN abunəçiləri Ramazan ayı boyunca 5400-a 1 rəqəmini SMS ilə göndərməklə “Bakcell”in xüsusi bayram tarifinə qoşula biləcəklər.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
 Kampaniya 27 iyul – 27 avqust tarixləri arasında aktiv olacaq. Qoşulma sms-ni göndərdikdən sonra balansını 6 AZN və daha artıq məbləğdə artıran hər bir CİN abunəçisi  avqust ayının 27-dək  axşam saat 9-dan səhər saat  8-ə kimi şəbəkədaxili zənglər üçün pulsuz 100 dəqiqə əldə edəcək.

Tarif haqqında ətraflı məlumat əldə etmək üçün 5400-a “İNFO”, deaktivasiya etmək üçün isə 5400-a “0” göndərmək kifayətdir.




CAHANGİR





27/07/12    Çap et