Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“.az” domen zonasında artıq 14500 domen adı qeydiyyatdan keçib


Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan  keçən domenlərin sayı artmaqda davam edir.

"ICTnews" elektron xəbər xidməti "Whois.az" saytına istinadən xəbər verir ki, ".az" domen zonasında artıq 14500 domen adı qeydiyyatdan keçib.

İlin əvvəlindən ləğv olunan domenlərin sayı 1791, qeydiyyata düşən domenlərin sayı isə 3162-yə bərabərdir.

Domenlərin böyük əksəriyyəti ".az" (13451) domeninin payına düşür. Həmçinin 628 ədəd ".com.az" domeni qeydiyyatdan keçib.





Sonrakı yerlər aşağıdakı kimidir:
  1. .pro.az           4
  2. .name.az          5
  3. .biz.az           14
  4. .info.az         23
  5. .co.az            36
  6. .pp.az            42
  7. .int.az            44
  8. .net.az           55
  9. .org.az           84
  10. .edu.az         144
 
".mil.az", ".samux.az", ".zaqatala.az", ".ganja.az", ".shamaxi.az" və ".imishli.az" zonalarının hər birində isə cəmi 1 domen adı qeydiyyatdan keçib.

Məlumat üçün bildirim ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də ".az" domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.





28/07/12    Çap et