Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xarici dili tərcümə edən videoeynək hazırlanıb (VİDEO)


İxtiraçı Pauel xarici dili tərcümə edən videoeynək hazırlayıb.“ICTnews.az” elektron xəbər xidməti “http://it-news-world.ru/”  bildirir ki, Pauel bunun üçün “Vuzix” istehsalı olan videoeynəkdən istifadə edib. Videoeynək 2 ədəd “Raspberry Pi” lövhəsinə birləşdirilib.

Onun işləmə prosesi aşağıdakı kimidir: eynək xarici dili real zaman rejimində qəbul edir, “Bluetooth” qurğu danışığı serverə translyasiya edir və danışıq serverdə sözlərə çevrilərək tərcümə edilir. Tərcümənin nəticəsi isə real zaman rejimində videoeynəkdə əks olunur.

Pauel bu qurğu sayəsində ispaniyalı dostu ilə sərbəst ünsiyyət saxlaya bilir. Videoeynəyi, həmçinin xarici filmlərə baxış zamanı tətbiq etmək olar.



 
EMİL





30/07/12    Çap et