Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” planşetinin çıxış müddəti məlum olub


“Amazon” internet mağazası 2011-ci ilin oktyabrında şəxsi planşetini satışa çıxaracaq. Buna baxmayaraq, “Amazon” hələ bu haqda məlumat verməyib. Planşet “Android” əməliyyat sistemi əsasında işləyəcək. O, 9 düyməli ekran ilə təchiz ediləcək və “iPad”-dan fərqli olaraq quraşdırılmış kamera olmayacaq. Qurğunu Asiya şirkətlərindən birinin istehsal edəcəyi bildirilib. Planşetin qiyməti hələlik bilinmir. “Amazon” qurğu sahiblərinə film, musiqi və kitablar da təklif edəcək.
Bundan başqa, “Amazon” “Android” platforması üçün “Amazon Appstore” adlı şəxsi proqramlar mağazasını idarə edir. Mağaza mart ayında açılıb. Proqramların sayına görə o, “Android Market” onlayn mağazasından geridədir, ancaq burada "rəsmi" mağazada olmayan proqramlar belə mövcuddur.
Qeyd edək ki, “Amazon”nun şəxsi planşet istehsal edəcəyi planları aprel ayının sonunda məlum olub. O zaman qurğunu “Samsung” şirkətinin istehsal edəcəyi bildirilirdi. “The Wall Street Journal”ın məlumatına görə, “Amazon” yayın sonunda - payızın əvvəlində 2 yeni “Kindle” rideri təqdim edəcək. Onlardan biri sensor ekranla təchiz ediləcək.




15/07/11    Çap et