Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “Twitter”ə sərmayə yatıracaq?!


Veb-mənbələrin məlumatına görə, “Apple” şirkəti son aylar ərzində “Twitter”ə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı danışıqlar aparıb.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “Apple” şirkətinin smartfon və planşet bazarındakı vəziyyəti yaxşıdır, lakin onun sosial media xidmətlər seqmentindəki mövqeyi o qədər güclü deyil.

"Alma" imperiyası “Twitter” xidmətinə 100 milyon dollar sərmayə yatırmağa hazır idi. Lakin hazırda danışıqlar dayandırılıb və tərəflərin razılığa gəlib-gəlməyəcəyi bilinmir.

Hazırda “Twitter”in kapitallaşdırma dəyəri 10 milyard dollar həcmində qiymətləndirilir. Mikrobloqlar xidmətində gündəlik təxminən 400 milyon mesaj göndərilir. Aktiv istifadəçilərin sayı 140 milyonu ötür. Proqnozlara görə, avqustda bu göstərici 200 milyona çata bilər. “eMarketer” şirkətinin hesablamalarına görə, şəbəkə 2011-ci ildə reklamdan təxminən 140 milyon dollar əldə edib.
 
EMİL





30/07/12    Çap et