Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazirlik “Ultra” şirkətini fəxri fərman ilə təltif edib


"Ultra" şirkəti «Eurovision 2012» mahnı müsabiqəsi portalının yaradılması və təhlükəsizliyinin təmin edilməsinə görə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.

Fərman "Ultra" şirkətinin baş direktoru olan Zaur Məmmədzadəyə Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov tərəfindən təqdim edilib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə şirkətin məlumatında deyilir.
 "www.eurovision.az" portalı işə salındığı andan, yəni 25 yanvar 2012-ci il tarixindən indiyədək "Ultra" şirkəti onun texniki dəstəyi ilə məşğul olur.  «Eurovision 2012» keçirildiyi zaman bütün xəbərlər, foto və videomateriallar "Ultra" şirkətinin əməkdaşlarından toplanmış xüsusi işçi qrupu tərəfindən portala əlavə edilirdi. 

«Eurovision 2012» portalı Azərbaycan və ingilis dillərində olan məlumatlara malikdir. İlk əvvəl portalın işlənib hazırlanması zamanı saytın kontenti yığılarkən bir sıra xarici dillərdən istifadə olunurdu və hal-hazırda da istənilən zaman sayta əlavə dilləri qoşmaq mümkündür. 

Portal  müsabiqəyə hazırlıq və onun keçirilməsi ilə bağlı ən son xəbərlərə, o cümlədən «Eurovision 2012»-yə həsr olunmuş müxtəlif tədbirlərdən olan press-relizlərə malikdir. Portal vasitəsilə tədbirin keçirildiyi yer olan Azərbaycan və Bakı barədə məlumat almaq olar.  «360 view» bölməsi sayəsində isə paytaxt üzrə virtual səyahət etmək olar.

Portalın üç versiyası işlənib hazırlanıb: fərdi kompyuterlər, planşet cihazları və mobil vasitələr üçün versiya. Portalın bir neçə versiyasının olması istifadə edilən cihaza avtomatik olaraq optimal rejimi yükləmək imkanı verir ki, bu da portal üzrə naviqasiyanı daha da rahatlaşdırır.

Portalın işlənib hazırlanmasına həm yerli, həm də xarici mütəxəssislər cəlb edilmişdir. Portalın təməli (CMS) heç bir hazır şablondan istifadə edilmədən sıfırdan yazılıb. Portalın bütün komponentləri xüsusilə bu layihə üçün işlənib hazırlanıb və əvvəllər heç bir yerdə istifadə olunmayıb. Portalın təhlükəsizliyinə və imtinaya davamlılığına xüsusi diqqət yetirilib. Təhlükəsizlik və etibarlılıq tələblərinə uyğun olması məqsədilə xarici auditor şirkətləri cəlb edilmişdir. 

"Ultra" şirkətinin ofisində portalın monitorinqinin keçirilməsi və serverlərin vəziyyətinə nəzarət edilməsi üçün xüsusi otaq ayrılmışdı. «Eurovision 2012» portalı işə salındığı vaxtdan bu günə qədər portal dünyanın əksər ölkələrində böyük maraqla istifadə edilir.  "Eurovision 2012» mahnı müsabiqəsi keçirildiyi zaman portalı 40 milyondan artıq istifadəçinin ziyarət etdiyi təsbit edilib. Ziyarətçilərin əsas axınının MDB ölkələrindən, Türkiyə, Almaniya və ABŞ-dan olduğu qeydə alınıb. Ümumilikdə bu dövr ərzində portalda rekord sayda – 40 milyondan çox ziyarət qeydə alınıb.

«Eurovision 2012» portalı istismara verildiyi gündən ona fasiləsiz hücumlar olurdu, amma onlardan heç biri portalın işləmə qabiliyyətinə təsir göstərə bilmədi.

Dünyanın müxtəlif nöqtələrində yerləşən yeddi məlumat mərkəzindən istifadə edərək portal istifadəçilərin coğrafi bölüşdürülməsi funksiyasına malik idi. Portalın 24 saat monitorinqi, data mərkəzdə quraşdırılmış xüsusi təhlükəsizlik avadanlıqları və portalın ziyarətçilərini xüsusi filtrasiya etmə sistemi  sayəsində  «Eurovision 2012» mahnı müsabiqəsinin portalı belə hücumların təzyiqinə davam gətirdi. 
Hazırda portal fəaliyyətini uğurla davam etdirməkdədir.
 
CAHANGİR





30/07/12    Çap et