Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Opera” istifadəçilərinin ümumi sayı 200 milyonu ötüb


Norveçin "Opera Software" şirkətindən verilmiş məlumata görə, onun mobil brauzerlərinin istifadəçilərinin ümumi sayı 200 milyonu  ötüb. Şirkətin mobil brauzerlərinin istifadəçilərinin əksəriyyəti əsasən sosial şəbəkələrlə işləyirlər. "Opera State Mobile Web"-in son hesabat məlumatına əsasən, şirkətin məhsulları 50-dən çox ölkədə istifadə olunur.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Opera Mini" brauzerinin payına 183 milyon, "Opera Mobile" brauzerinin payına isə 17 milyon istifadəçi düşür. Şirkət, həmçinin bildirib ki, "Opera Mini" brauzerinin istifadəçiləri 2012-ci ildə mobil telefon vasitəsilə artıq 115 milyarddan çox səhifə açıblar.






EMİL





31/07/12    Çap et