Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Seagate” şirkətinin rüblük mənfəəti 9 dəfə artıb


“Seagate” şirkəti maliyyə hesabatını dərc edib.“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, 3 ay ərzində dünyanın ən iri sərt disk tədarükçülərindən biri olan “Seagate” şirkəti 4,48 milyard dollar həcmində mədaxil əldə edib. 2011-ci illə müqayisədə artım 57 faiz təşkil edib.

Rüblük mənfəət təxminən 9 dəfə artaraq 1,01 milyard dollar təşkil edib.“Seagate” şirkətinin illik mədaxili 10,97 milyarddan 14,94 milyard dollara qədər, xalis mənfəət isə 511 milyondan 2.81 milyard dollara qədər artıb.








EMİL





31/07/12    Çap et