Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İRƏLİ” İnformasiya Texnologiyaları Mərkəzi gənclər üçün yeni layihəyə start verib


 “İRƏLİ”  İnformasiya Texnologiyaları Mərkəzi İKT sahəsində təhsil alan və ya bu sahə üzrə maraqlanan gənclər üçün yeni imkanlar yaradır. Belə ki,  mərkəz tərəfindən yeni layihəyə start verilib.

“ICTnews” elektron xəbər xidmətinin İctimai Birliyə istinadən verdiyi məlumata görə, layihə çərçivəsində “Yeni Media, PR”, “Web Developing”, “Hardware & Software”, “Layihələr”, “Qrafik Dizayn” və “Xarici əlaqələr” istiqamətləri  üzrə İnformasiya Texnologiyaları Mərkəzində könüllü fəaliyyət göstərmək təklif olunur.

İştirak etmək istəyənlər “ http://ireli.az ” internet ünvanında yerləşən elektron müraciət formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.Ərizə qəbulunun vaxtı avqust ayının 10-da yekunlaşır.





CAHANGİR





31/07/12    Çap et