Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Mac OS X” əməliyyat sistemi 3 milyon dəfə yüklənib


“Mountain Lion” kod adı ilə tanınan yeni “Mac OS X 10.8” əməliyyat sistemi 4 gün ərzində artıq 3 milyon dəfə yüklənib. ƏS-in satışlarına iyulun 25-də start verilib. “Mac App Store” əlavələr mağazasında onun qiyməti 19,99 dollar təşkil edir. “Apple” yeni “Mac OS X”-in satışlarının uğurlu olduğunu qeyd edir.

“ICTnews.az” elektron xəbər xidməti ”mincom.gov.az” saytına istinadən bildirir ki, yeni sistem mobil “iOS” sistemindəki bir sıra funksiyaları özündə birləşdirməklə yanaşı, tərkibinə “Messages” (bu iChat-ı əvəz edir) və “Notes”, “Reminders” (xatırlatma aləti) və “Game Center” oyun əlavələri daxildir. Bundan başqa, sistemdə “Bildiriş mərkəzi” də yer alıb.

Əməliyyat sistemində kompyuteri potensial zərərli proqramlardan müdafiə etmək üçün nəzərdə tutulan “Gatekeeper” aləti yer alıb. Onun köməyi ilə istifadəçi digər mənbələrdən proqramların yüklənilməsinin qarşısını almaqla etibarlı proqram təminatçısını seçə bilər.





01/08/12    Çap et