Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xüsusi İqtisadi Zonalar və Sənaye Parkları ilə bağlı tədqiqatlar müzakirə edilib


Bakı Biznes Tədris Mərkəzində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında imzalanmış “Azərbaycanda Xüsusi İqtisadi Zonaların (XİZ) və Sənaye Şəhərciklərinin İnkişafı Layihəsi” çərçivəsində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) ekspertləri ilə görüş keçirilmişdir.

Tədbirdə iştirak edən Bakı Biznes Tədris Mərkəzinin direktor müavini Rahim Mürsəlov Mərkəzin fəaliyyəti, Azərbaycanda Xüsusi İqtisadi Zonaların (XİZ) və Sənaye Şəhərciklərinin inkişafına dəstək göstərmək üçün həyata keçirilməsi nəzərdə tutulan təlimlər və seminarlar, kadrların ixtisasının artırılması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə Almaniyada keçirilən  ixtisasartırma kursları barədə ətraflı məlumat vermişdir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, görüşdə, həmçinin Xüsusi İqtisadi Zonalar və Sənaye Parklarının idarə olunması və insan potensialının gücləndirilməsi istiqamətində azərbaycanlı və koreyalı ekspertlərin birgə həyata keçirəcəyi tədqiqatlar müzakirə edilmişdir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
 
HƏQİQƏT





01/08/12    Çap et