Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fərdi kompyuter bazarının həcmi təxminən 12 faiz artıb


“Canalys” şirkətinin hesablamalarına görə, 2012-ci ilin ikinci rübündə dünyada 108,7 milyon fərdi kompyuter (FK) və planşet satılıb. Bu, 2011-ci illə müqayisədə 11,7 faiz çoxdur.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, FK bazarı hər şeydən əvvəl planşetlərin sürətlə populyarlaşması fonunda artır: illik hesablamada bu cür qurğulara tələbat 75 faiz artaraq 24 milyon təşkil edib.

“Canalys” şirkətinin hesablamasına görə, ötən rübdə satılmış  “Windows” əsasında işləyən qurğuların payı 73 faizə qədər azalıb. “İntel” korporasiyasının istehsalı olan prosessorlar 70 faizdən az  kompyuterdə istifadə edilib.

Planşet satışlarını nəzərə aldıqda 19,4 faiz paya malik “Apple” korporasiyası ən iri tədarükçü olaraq qalır: şirkət 3 ay ərzində təxminən 21,1 milyon müştəri qurğusu tədarük edib.

“Hewlett-Packard” və “Lenovo” şirkətlərinin payı müvafiq olaraq 12,5 və 12,1 faiz təşkil edir. Şirkətlər rüb ərzində müvafiq olaraq 13,6 və 13,2 milyon kompyuter tədarük ediblər.
Sonrakı yerdə 9,8 faiz paya malik “Acer”, beşinci yerdə isə 8.9 faiz göstərici ilə “Dell” şirkəti qərarlaşıb.
 
EMİL





02/08/12    Çap et