Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Chrome” brauzer bazarının 33 faizinə nəzarət edir


2012-ci ilin mayında “Google Chrome” bir həftə ərzində dünyanın ən populyar brauzeri olub.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, iyun ayının nəticəsinə görə “Chrome” brauzerinin bazar payı 33,8 faiz təşkil edib. Müqayisə üçün: ötən il bu göstərici 22,1 faizə bərabər idi. “Chrome” brauzeri iyunda Avropanın brauzer bazarında lider olub.

Bundan əlavə, “Chrome” brauzeri Cənubi Amerika və Asiya regionunda da liderdir. “İnternet Explorer” (İE) brauzeri isə əvvəlki kimi ABŞ, Böyük Britaniya və Avstraliya regionunda liderdir.“IE”-nin mövqeyi zəifləməyə davam edir və hazırda onun bazar  payı 32 faiz təşkil edir.





 
EMİL





07/08/12    Çap et