Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanlı hakerlər erməni saytını dağıdıblar


Azərbaycanlılardan ibarət “antiarmenia TEAM-ın MetaizM” və “BOT_25” kod adlı hakerlər «antiterror» əməliyyatı adı altında internetdə keçirdikləri xüsusi əməliyyatda Ermənistanın məşhur saytlarından olan “hayastan.com” və subdomainlərini dağıdıblar.

Bu barədə sözügedən qrupun üzvləri məlumat yayıblar. Məlumatda bildirilir ki, dağıdılan saytlarda Azərbaycanın Milli Qəhrəmanı, “Azərbaycan Bayrağı” ordenli, erməni terrorçusunu məhv etmiş İbad Hüseynovun şəkli, həmçinin erməni vəhşiliyini özündə əks etdirən şəkillər yerləşdirilib.





08/08/12    Çap et