Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Koreyalılar elastik akkumulyator yaradıblar (VİDEO)


Koreya alimləri həddindən artıq nazik elastik batareya yaradıblar. Bu ixtira sayəsində artıq yaxın gələcəkdə böyük ekrana malik "qatlanan" qurğu yaradıla bilər. Nəticədə həmin qurğunu bükərək cibə qoymaq mümkün olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, planşetlərin təqdim edilməsindən artıq bir neçə il keçib. Lakin portativ elektronika sənayesi o vaxtdan bəri kosmetik dəyişiklik və qurğunun gücünün artırılmasından savayı yeni heç nə təqdim etməyib. Ehtimal ki, məhz elastik qurğular yeni inqilab olacaq.
 






EMİL





08/08/12    Çap et