Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

75 dollarlıq mikrokompyuter


“Zero Devices” şirkəti “Android 4.0 Ice Cream Sandwich” platforması ilə işləyən “Z902” mikrokompyuterini təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, fləş-brelok ölçüsündə olan qurğu 1 QHs takt tezliyində işləyən “Allwinner A10” prosessoru ilə təchiz edilib və əməli yaddaş tutumu 1 QB təşkil edir. Daxili fləş-modulun tutumu 4 QB təşkil edir; “MicroSD” (32 qiqabaytadək) kartları üçün slot mövcuddur.

Mikrokompyuter “Wi-Fi” (802.11b/g/n) simsiz rabitə adapteri, “HDMI”, “USB” portu və 2 ədəd “MicroUSB” interfeysi ilə təchiz edilib. Mikrokompyuterin ölçüləri 97×28×12 millimetrə bərabərdir.

Hazırda “Zero Devices Z902” mikrokompyuteri 75 dollara təklif edilir. Mikrokompyuter üçün simsiz klaviatura və distant idarəetmə pultları daxil olmaqla, müxtəlif aksessuarlar əlçatandır.
 
EMİL





08/08/12    Çap et