Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni poçt şöbələri istifadəyə veriləcək


Müqəddəs Ramazan Bayramı münasibətilə “Azərpoçt” MMC tərəfindən  tədbirlər planı hazırlanıb. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə MMC-nin baş direktorunun köməkçisi Elşad Nurəliyev məlumat verib.

O bildirib ki, Ramazan Bayramı münasibətilə Ağstafa Poçt Filialının Aşağı Göyçəli və Pirli, Qobustan Poçt Filialının  Yekəxana poçt şöbələrinin yeni binalarının sakinlərin istifadəsinə verilməsi planlaşdırılır.
Bundan əlavə əlamətdar gün münasibətilə tabe müəssisələrdə iməcliklərin keçirilməsi, səliqə-sahman işlərinin aparılması nəzərdə tutulub.








RƏVAN   





09/08/12    Çap et