Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda idxal-ixrac əməliyyatları üzrə e-gömrük xidmətlərinin göstərilməsinə başlanır


Azərbaycanda idxal-ixrac əməliyyatları üzrə elektron gömrük xidmətlərinin göstərilməsinə başlanır. ICTnews" elektron xəbər xidmətinə bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Komitənin mətbuat xidmətindən bildirilib ki, elektron gömrük xidmətlərinin təşkili məqsədilə idxal-ixrac əməliyyatları ilə məşğul olan xarici iqtisadi fəaliyyət iştirakçılarından 1 sentyabr 2012-ci il tarixədək Komitənin internet səhifəsində (www.dgk.gov.az) "Elektron gömrük xidmətləri üzrə xarici iqtisadi fəaliyyət iştirakçısının qeydiyyatı" bölməsində qeydiyyatdan keçmələri xahiş olunur.

HƏQİQƏT




11/08/12    Çap et