Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“RIM” şirkəti 3 min iş yerini ixtisar edəcək


Kanadanın "Research In Motion" (RIM) şirkəti bu yaxınlarda təxminən 3 min iş yerini ixtisar edəcək.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, şirkət iyunun sonunda 2012 maliyyə ilinin sonunadək 5 min iş yerini ixtisar edəcəyi haqqında elan etmişdi. Qeyd edilmişdi ki, 3 min iş yeri bu elan çərçivəsində ixtisar ediləcək.

Bu tədbirlər sayəsində Kanadanın smartfon istehsalçısı illik əməliyyat xərclərini 1 milyard dollar həcmində azaldacaq.

EMİL




13/08/12    Çap et