Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gədəbəydə TV-nin yayım dairəsi genişləndirilib


Ölkədə "Mədəniyyət" TV-nin yayım dairəsinin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə "Teleradio" İB-nin texniki direktoru Mikayıl Abbasov məlumat verib.

Onun sözlərinə görə, bu istiqamətdə həyata keçirilən işlərin tərkib hissəsi olaraq Gədəbəy RRS-də 40-cı TV kanalda 100 Vt-lıq "Vigintos Elektronika" tipli verici quraşdırılıb, istifadəyə verilib. Nəticədə Gədəbəy rayon mərkəzində və ətraf yaşayış məntəqələrində "Mədəniyyət" TV-nin keyfiyyətli yayımı təmin olunub.

Texniki direktor bütün respublika ərazisində bu kanalın optimal yayımının təmin edilməsi üçün daha bir neçə stansiyada uyğun avadanlıqların qurulacağını bildirdi.

RƏVAN




14/08/12    Çap et