Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” yeni statistika dərc edib


“Twitter” administrasiyası Londonda keçirilmiş yay Olimpiya oyunlarında bu populyar mikrobloqlar xidmətinin istifadəçilərinin fəallığı haqqında yeni statistika dərc edib.

Statistikaya əsasən, 16 gün davam edən Olimpiada zamanı istifadəçilər təxminən 150 milyon tvit yazıblar. “ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, planetin ən sürətli insanı - Useyn Bolt rekorda imza atıb.

O, 200 metrlik məsafəyə qaçdıqdan sonra “Twitter” istifadəçiləri dəqiqə ərzində 80 min, yüzmetrlik məsafədən sonra isə 74 min tvit yazıblar.  

Londonda yay Olimpiya oyunlarının bağlanış mərasimində “Twitter” istifadəçiləri dəqiqə ərzində 116 min mesaj yazıblar.

EMİL




14/08/12    Çap et