Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azerfon” yeni yığım qaydası tətbiq edir


“Azerfon” mobil operatoru 22.08.2012-ci il tarixdən yeni yığım qaydasını tətbiq edəcək. Bu barədə şirkətdən verilən məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, yeni qaydaya əsasən, mobil nömrələrə zəng etmək, SMS və ya MMS göndərmək üçün yalnız 10 rəqəmli yığım qaydası tətbiq olunmalıdır.

Belə ki, artıq “Azerfon” nömrələrini yığarkən nömrənin əvvəlində 070 və ya 077 əlavə edilməlidir. Yeni yığım qaydasının nümunəsi belədir: 070(077) XXXXXXX call , burada XXXXXXX - 7 rəqəmli “Azerfon” nömrəsidir. “Azerfon” abunəçilərdən rahatlıq üçün, telefonun yaddaş kitabçasında saxlanılan “Nar” abunəçilərinin nömrələrinin əvvəlinə 070 (077) kodunu əlavə etməyi unutmamağı tövsiyə edir.

RƏVAN




14/08/12    Çap et