Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Poçt şöbələrinin yeni binaları istifadəyə verilir


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərpoçt MMC tərəfindən müqəddəs Ramazan bayramı münasibətilə yeni poçt obyektləri istifadəyə veriləcək.

Belə ki, avqustun 18-də Ağstafa rayonunun Aşağı Göyçəli və Pirli, eləcə də Qobustan rayonunun Yekəxana kəndləri ərazisində poçt şöbələrinin yeni tikilmiş binalarının açılışı planlaşdırılır.

Müasir üslubda tikilən yeni binalar lazımi texniki avadanlıqlarla və mebellə təmin olunub.




15/08/12    Çap et