Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” 5 yaşında


“Twitter” sosial şəbəkəsi öz beşillik yubileyini qeyd edib. Statistikaya görə, bu gün təxminən 600 000 insan gündəlik öz “Twitter” bloqlarından istifadə edir. Sosial şəbəkədən verilən məlumata görə, ilk gün ərzində istifadəçilər cəmi 224 xəbər göndəriblər. İndi belə xəbər axını təxminən 0,1 saniyə ərzində qeydə alınır. Həmçinin indi şəbəkədə sutka ərzində təxminən 350 milyard yeni xəbər yerləşdirilir. Mikrobloq şəbəkəsi üçün qeyd olunmuş əlavələrin sayı 1 milyonu, müstəqil yaradıcıların ümumi sayı isə 750 mini ötüb.
Beşillik yubiley qabağı şirkət şəbəkənin sabitliyinin artımına yönəldilmiş bir sıra tədbirlər keçirib. Belə ki, əvvəllər pik anlarında şəbəkədən yüklənmələrə görə istifadə etmək kifayət qədər çətin idi. Görülən tədbirlər sayəsində indi belə yükləmələr əhəmiyyətli dərəcədə azalıb.


cybersecurity.ru




18/07/11    Çap et