Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Kütləvi SMS” xidməti istifadəyə verilib


"Nar Mobile" şirkətlər üçün "Kütləvi SMS" adlı yeni xidmətini təklif edir. "ICTnews" elektron xəbər xidmətinin mobil operatora istinadən verdiyi məlumata görə, bu xidmət vasitəsilə şirkətlər müştərilərinə yeniliklər, endirimlər, kampaniyalar, yeni ofis və satış nöqtələrinin açılışı və ya ünvanları və s. haqqında məlumat verə bilər.

Göndərilən mesajın ünvan sətrində şirkətin adı göstərilir. Qeyd edək ki, "Nar Mobile"-ın rəsmi tərəfdaşı "Now SMS" MMC ilə əlaqə saxlamaqla xidmət haqqında daha ətraflı məlumat əldə etmək olar.

CAHANGİR




17/08/12    Çap et