Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikalıların 33 faizi həyatlarını smartfonsuz təsəvvür etmirlər


"Online Publishers Association" (OPA) təşkilatının amerikalı istifadəçilər arasında keçirdiyi sorğunun nəticəsi əsasında məlum olub ki, respondentlərin 33 faizi həyatlarını smartfonsuz təsəvvür etmirlər.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, bununla belə amerikalıların əksəriyyətinin televizor və kompyuterdən asılı olduğu məlum olub.

Sorğuda iştirak edənlərin 13 faizi isə planşetlərin onlar üçün vacib olduğu fikrini səsləndirib.

Qeyd edək ki, amerikalılar smartfondan, əsasən, hava proqnozunu öyrənmək üçün istifadə edirlər. Bundan əlavə, istifadəçilərin 31 faizi smartfon vasitəsilə müntəzəm olaraq videoya baxırlar.

EMİL




22/08/12    Çap et