Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli mobil operator beynəlxalq SMS-lər üçün yeni qiymət tətbiq edəcək


"Bakcell" mobil operatoru beynəlxalq SMS-lər üçün yeni tarifin tətbiqinə başlayır. "ICTnews" elektron xəbər xidmətinin şirkətin rəsmi saytına istinadən verdiyi məlumata görə, "CİNeration", "DogmaCİN", "QoshaCİN", "SevimliCİN", "SevinCİN" və "KLASS 7" tarif paketlərində xarici nömrələrə göndərilən SMS üçün yeni qiymət 0,045 AZN (ƏDV daxil olmaqla) təşkil edəcək.

Qeyd edək ki, sözügedən tarifin tətbiqinə cari il, 28 avqust tarixindən etibarən başlanılacaq.

CAHANGİR




22/08/12    Çap et