Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Siemens” 5 min nəfər əməkdaşını işdən çıxaracaq


Almaniyanın "Siemens" korporasiyası "minlərlə iş yerini" ixtisara salmaq niyyətindədir. "The Local" nəşrinin yazdığına görə, şirkətin belə bir addım atmasına səbəb iqtisadi böhranın olmasıdır. "Börsen Zeitung" qəzetinin məlumatına görə, korporasiya 5 min nəfər əməkdaşını ixtisar edəcək.

Ötən ay şirkərin rəhbəri Peter Leşer korporasiyanın xərclərin azaldılacağını və effektivliyin artırılacağını bildirib. P. Leşer vurğulayıb ki, "Siemens"in problemləri işçilərin azaldılması ilə həll ediləcək.

Xatırladaq ki, bu ilin yanvar ayında şirkətin gəlirləri ¼ azalaraq 1.46 milyard avro təşkil edib.




22/08/12    Çap et