Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ququş sosial şəbəkədə bəyan etdi: «Mən azəriyəm»


Azərbaycanda Ququş adı ilə daha çox tanınan milli mənsubiyyətcə azərbaycanlı olan məşhur İran müğənnisi və aktrisası Faiqə Atəş bu ölkədə baş verən zəlzələ ilə bağlı özünün sosial şəbəkədəki səhifəsində fikirlərini bölüşüb.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, İranın Şərqi Azərbaycan vilayətindəki güclü zəlzələ nəticəsində minlərlə insanın həyatını itirməsindən kədərləndiyini ifadə edən müğənni «Facebook»dakı statusuna bunları əlavə edib: «"Qardaş, bacı, bizim ölkəmizdə bu sözlər artıq dağların arxasında qalıb. Sənə qurban olum, mən özüm də azəriyəm. Əgər bu sözlərimə inansanız, bilərsiniz ki, ürəyim yanır. Mənə qulaq asmağa gələn hər kəsin istəyirəm ki, dodaqları da gülsün. Hər gün ağlayırıq, qurtarmır? Canım sizə qurban".

 SEYMUR




22/08/12    Çap et