Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İsraildə turizm məqsədi ilə istifadə edilən uzunqulaqlar “Wi-Fi” ilə təchiz edilib


İsrailin "Kfar Kedem" parkında ziyarətçiləri ərazi üzrə daşıyan ekskursiya uzunqulaqları "Wi-Fi" routerlə təchiz ediblər. "ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, parkda uzunqulaq üzərində səyahət 30 dəqiqədən 1 saatadək çəkir.

Park rəhbərliyi bildirib ki, simsiz internetin təşkili üçün uzunqulaqlardan istifadə etməyə qərar veriblər. Nəticədə ziyarətçilər fotolarını "Facebook"a dərhal yükləyə və ya təəssüratları haqqında "Twitter"də paylaşa bilərlər. Hələ ki 30 uzunqulaqdan 5-i internetə "qoşulub". Lakin əgər xidmətə tələbat olsa, o zaman bütün uzunqulaqlar "Wi-Fi" routerlə təchiz olunacaqlar.

EMİL




23/08/12    Çap et