Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənubi Koreyada “Samsung” və “Apple” məhsullarının satışı məhdudlaşdırılacaq


Koreya Respublikasında “Samsung” və “Apple” şirkətlərinin qarşılıqlı iddialarına baxan məhkəmə Cənubi Koreya və Amerika şirkətlərinin biri-birilərinin patentlərini pozduğu haqqında qərar çıxarıb.

 “ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, məhkəmə cəza tədbiri kimi ölkə ərazisində “Apple”-ın istehsalı olan “iPad” və “iPhone” qurğularının, həmçinin “Samsung”-un “Galaxy” ticarət markası altında müvafiq qurğuların satışına məhdudiyyət tətbiq edib. 

EMİL




24/08/12    Çap et