Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli mobil operator festival keçirir


"Nar Mobile" yay mövsümun son günlərində öz abunəçilərinə yeni surpriz hazirlayib.  “Əlvida yay” adlı festival  26 avqust 2012-ci il tarixində "Crescent Beach Hotel"də keçiriləcək.

Festivalda əcnəbi DJlər və rəqs qrupu iştirak edəcək. Beləlikə Rusiyadan "Elly Noise", Gürcüstandan "Dubster", "DJ George" "Go-Go Dancers" fetivalı rövqləndirəcək.

Festival saat 15:00-da başlayacaq və tədbirdə ancaq "Nar Mobile" istifadəçiləri iştirak edə biləcəklər. Eyni zamanda, tədbir zamanı bir sıra müsabiqələr keçiriləcək elə ki, "Futbol çempionatı", " Foto müsabiqə" , "Ən yaxşı kişi və qadın rəqsi", "Sual-cavab" müsabiqəsi festivala yeni ahəng qatmış olacaq .

Qeyd edək ki, müsabiqələrin qalibləri "Nar Mobile" tərəfindən qiymətli hədiyyələr ilə mükafatlandırılcaqlar. Festivala giriş ödənişsizdir.





24/08/12    Çap et