Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvan Muxtar Respublikasının ərazisini rəqəmli yayımla tam təmin etmək üçün 3 stansiya tikilir


Bu ilin sonunda Naxçıvan Muxtar Respublikasının bütün ərazisi rəqəmli yayımla təmin olunacaq. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə «B and B TV Communication» şirkətinin Marketinq şöbəsinin müdiri Samir Mahmudov məlumat verib.

Onun sözlərinə görə, hazırda Naxçıvanda rəqəmli yayım həyata keçirilir. Lakin Muxtar Respublikanın bütün ərazisinə rəqəmli yayım vermək üçün 3 stansiya tikilir: «İndi bu stansiyaların yerlərinin hazırlanması, avadanlıqların daşınması və sair digər işlər həyata keçirilir.

Bu stansiyalar da istifadəyə verildikdən sonra onların sayı 4-ə çatacaq və bununla da MR-də rəqəmli yayım tam olaraq təmin olunacaq.

Eyni zamanda stansiyalar işə düşdükdən sonra yenidən yoxlama aparılacaq. Ola bilər ki, bəzi dağlıq ərazilərdə tutum zəif olsun. Belə olduqda kiçik stansiyaların da tikilməsi işləri aparıla bilər. Bizim hesablamalarımıza görə, işlər bu ilin sonunda başa çatacaq».

SEYMUR




24/08/12    Çap et