Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fərdi birdəfəlik ödəmələrlə bağlı məlumat sistemi mərkəzləşdirilib


Bir neçə əmanət hesabına malik olan əmanətçinin bütün hesablar üzrə banka eyni vaxtda müraciət etməsinə ehtiyac yoxdur. "ICTnews" elektron xəbər xidməti "Kapital Bank"a istinadən verdiyi məlumata görə, məlumat sistemi mərkəzləşdirilmiş və fərdi birdəfəlik ödəmələrin hesablanması mərkəzi qaydada aparılır.

Ödəmə məbləğini kompyuter proqramı hesablayır. Bir neçə hesaba malik olan əmanətçi hər dəfə eyni, yaxud müxtəlif xidmət məntəqələrinə müraciət etdikcə, mərkəzləşdirilmiş proqram onun adında bir neçə hesabın olduğunu nəzərə alır.

Beləliklə, hesablama ümumi qalıq üzrə aparılır. Ona görə də əmanətçi ona verilmiş fərdi birdəfəlik ödəmə məbləğinin onun özünün hər bir hesab üzrə ayrı-ayrılıqda hesabladığından az olduğunu gördükdə, nəzərə almalıdır ki, məbləğin azlığı onun bir neçə əmanət hesabına malik olması ilə bağlıdır.

CAHANGİR




25/08/12    Çap et