Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” populyarlığını itirir


“Samsung”un səhmlərinin qiyməti bazar ertəsi səhər tezdən aşağı düşüb. Buna Amerika məhkəməsinin cümə günü çıxartdığı qərar səbəb olub.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, məhkəmə qərarına əsasən, Koreya şirkəti “Apple”-ın patentlərini pozmaqda təqsirli hesab edilib və şirkətin üzərinə kompensasiya kimi 1 milyard dollar həcmində təzminat öhdəliyi qoyulub.








 
EMİL





27/08/12    Çap et