Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” “Galaxy Player 5.8” i təqdim edib


"Samsung" şirkəti "Android 4.0 Ice Cream Sandwich" əməliyyat sistemi ilə işləyən "Galaxy Player 5.8" cib mediapleyerini təqdim edib.

"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, qurğu 1 Qb əməli yaddaş və "qHD" (540×960 nöqtə) formatlı və 5.8 düym diaqonallı sensor ekranla təchiz edilib. "MicroSD" (32 QB-a qədər) yaddaş kartları dəstəklənir.

Pleyer "IEEE 802.11b/g/n" dəstəkli "Wi-Fi" simsiz rabitə adapteri, "GPS" qəbuledicisi, 0,3 meqapiksel matrisli ön kamera və "USB" portla təchiz edilib. Akkumulyator batareyasının tutumu 2500 milliamper/saat təşkil edir. "Galaxy Player 5.8" mediapleyerinin ölçüləri 165,8×85,9×10,8 millimetr, çəkisi təxminən 220 qram təşkil edir.





EMİL





27/08/12    Çap et