Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Belarusun Baş nazirinin birinci müavini: “Azərbaycanla kosmik texnologiyalar sahəsində ikitərəfli təcrübə və bilik mübadiləsi aparmağı planlaşdırırıq”


Belarusun Baş nazirinin birinci müavini Vladimir Semaşkonun fikrincə, Azərbaycanla əməkdaşlıq çərçivəsində texnologiyaların, traktor və avtomobillər, kommunal texnika üçün bütün asma avadanlıqlar sisteminin təchizatını təşkil etmək lazımdır. "Biz konkret həllərə nail olmağı, o cümlədən kosmik texnologiyalar sahəsində ikitərəfli tədqiqatlar, təcrübə və bilik mübadiləsi aparmağı planlaşdırırıq"- deyə Vladimir Semaşko  qeyd edib.

Bundan əlavə, Azərbaycan və Belarus informasiya-telekommunikasiya texnologiyaları, kosmik tədqiqatlar, nanotexnologiyalar və biotexnologiyalar sahələrində əməkdaşlığı fəallaşdırmaq niyyətindədirlər.  Belə ki, gələn ilin birinci rübündən gec olmayaraq Minskdə elmi-texniki forum keçirilməsi  qərara alınıb.





28/08/12    Çap et