Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Telefon və riderin hibridi təqdim edilib


"E Ink Corporation" şirkəti Berlində keçirilən "IFA" sərgisində iki ekrana malik smartfon nümunəsi təqdim edib. Ekranın biri ön paneldə, ikincisi, aparatın arxa panelində yerləşir.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, ekranlardan biri ənənəvi maye kristal ekrandır, digəri isə birrəngli və "elektron mürəkkəb" texnologiyası üzrə hazırlanıb. Hər iki ekran sensor idarə etməyə malikdir.

"Elektron mürəkkəb" texnologiyası əsasında hazırlanan ekranın oxumaq üçün istifadə olunacağı güman edilir. Bu, smartfonun batareyasının enerjisinə qənaət etməyə imkan verəcək, çünki belə ekranlar yalnız təsvirin yenilənməsi zamanı enerji sərf edirlər. Əgər telefonun akkumulyatoru "çökdüsə", ekrandakı təsvir yox olmayacaq.




EMİL





01/09/12    Çap et