Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet tarifləri endirildi


“Azeronline” internet provayder şirkəti internet xidmətləri tariflərini endirib.“ICTnews” elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, artıq  provayderin 1, 2 və 4 Mbit/s sürətlə internetə qoşulma xidmətlərindən istifadə üçün abunəçilər müvafiq olaraq 10, 15 və 20 manat ödəməli olacaqlar.

Bununla yanaşı, 6 və 8 Mbit/s sürətlə internetə qoşulma xidmətləri artıq 30 və 40 manat tarifi ilə təqdim ediləcək.Qeyd edək ki, qoşulma haqqı pulsuzdur, lakin təkrar qoşulma olduğu təqdirdə 10 manat ödəniş tələb olunur.
 







CAHANGİR






03/09/12    Çap et