Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Göygölün 25 yaşayış məntəqəsində genişzolaqlı internet xidmətləri göstəriləcək


Göygöl rayonunda əhaliyə göstərilən rabitə xidmətləri genişləndirilir. Belə ki,cari ilin ötən ayları ərzində Yalqışlaq kəndinə 2.072 metr uzunluğunda kabel çəkilərək, 48 nömrəlik elektron ATS-də boş qalan 26 nömrə istifadəyə verilib.

Qırıqlı, Balçılı və Cümşüdlü kəndlərində əhalinin telefona olan tələbatının tam ödənilməsi üçün mövcud elektron ATS-in tutumu 384 nömrə artırılaraq 896-ya çatdırılıb.

Əhaliyə genişzolaqlı internet xidməti göstərmək məqsədilə Hacıməlik qəsəbə, Xaqani, Qırıqlı, Üçtəpə, Yeni Zod, Quşqara və Pənahlılar kənd elektron ATS-də müasir avadanlıq quraşdırılaraq Çaykənd, Yeni Zod, Toğanalı, Şəhriyar, Mollacəlilli və Qızılca kənd elektron ATS-nin birləşdirici xətləri fiber-optik kabellərlə əvəz edilib. Hazırda rayonun 25 yaşayış məntəqəsində abunəçilərə genişzolaqlı sürətli internet xidməti göstərmək istiqamətində işlər davam etdirilir.



RƏVAN





04/09/12    Çap et