Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonlar sahibini ovucun izinə görə tanıyacaq


Yaponiyanın ən iri operatorlarından biri olan “Softbank” “Universal Robot” şirkəti ilə birgə smartfonun blokdan çıxarılmasının yeni üsulunu fikirləşib. İstehsalçılar əmin edirlər ki, bu üsul “Google”-un “Face Unlock” funksiyası ilə müqayisədə daha etibarlıdır.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, yaponların hazırladığı proqramın iş prosesi sadədir: ovucu kamera obyektivinin qarşısında bir neçə saniyə saxlamaq kifayətdir. “Softbank” və “UR”-un mühəndislərinin hazırladığı alqoritm vena və dəridəki fotonu görülən işıq vasitəsilə tanıyır.

Bundan əvvəl belə funksiya üçün ayrıca datçik və skaner lazım idi. Hazırda nəzəri olaraq kamera ilə təchiz edilmiş istənilən qurğu ovucun fotosunu oxuya bilər. Bu funksiyanın “Android” smartfonlarda 1 ildən sonra reallaşacağı güman edilir.
 


EMİL





05/09/12    Çap et