Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Twitter" "Facebook"u geridə qoydu


"EMarketer" şirkətinin məlumatına görə, "Twitter" mikrobloqlar xidməti mobil reklamdan "Facebook" sosial şəbəkəsi ilə müqayisədə 1.5 dəfə daha çox qazanır. "Google" şirkəti lider olaraq qalır, mobil reklam satışlarının 56 faizi onun payına düşür.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, "eMarketer"in analitikləri vəziyyətin 2014-cü ilədək dəyişəcəyindən əmindirlər. Belə ki, "Facebook"da mobil reklam satışlarının həcmi 629,4 milyon dollaradək artacaq, "Twitter"də isə bu göstərici 444 milyon dollar təşkil edəcək.







EMİL





08/09/12    Çap et