Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə sədr təyin edilib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

"ICTnews" elektron xəbər xidmətinin Prezidentin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilsin.








CAHANGİR





08/09/12    Çap et