Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakı Fond Birjasının rəsmi veb-saytı yenilənib


Bakı Fond Birjasının (BFB) rəsmi veb-saytı təkmilləşdirilərək yeni dizayn və tərtibatda istifadəçilərin ixtiyarına verilib.

Saytda BFB-də qiymətli kağızların ticarətinə və birjadankənar əqdlərə dair statistik məlumatlar, birjanın daxili qaydaları və digər faydalı məlumatlarla tanış olmaq olar. 

BFB-nin saytından istifadə edərək istifadəçilər birjanın “Facebook” və “Twitter” sosial şəbəkələrindəki səhifələrinə də daxil ola bilərlər. (facebook.com/BakiFondBirjasitwitter.com/BakiFondBirjasi).





11/09/12    Çap et